MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR
“Azərbaycan
Botanika Jurnalı” Azərbaycan Botaniklər
Cəmiyyəti İctimai Birliyi (ABCİB) tərəfindən nəşr olunan akademik
auditoriya üçün nəzərdə tutulmuş jurnaldır. Biz yüksə elmi səviyyəli, original
məqalələr nəşr edirik. Jurnalda təcrübi tədqiqatların nəticələri, qısa
hesabatlar və aktual mövzular üzrə xülasə tipli məqalələr çap olunur.
“Azərbaycan
Botanika Jurnalı”ında Biologiyanın botanika, geobotanika, floristika,
sistematika, taksonomiya, alqologiya, lixenobriologiya, mikologiya,
fitosenologiya, etnobotanika, introduksiya, bitki fiziologiyası, bioloji
ehtiyatlar və genetika sahələri üzrə
orijinal məqalələr dərc edilir.
Məqalənin
təqdimatı
Məqaləni təqdim edərkən müəllif məqalənin əvvəllər digər jurnalda çap olunmadığını və çapa göndərilmədiyini təsdiq etməli və buna uyğun olaraq çapa razılıq verdiyi üçün bəyənnaməni (bəyənnamə sayta yerləşdirilib),
qeydiyyat formasını (qeydiyyat formasını bu linkdən yükləmək olar - Anket.docx) və məqalə ilə birlikdə abc2018.botany@yahoo.com elektron poçtuna göndərməlidir.
Dil
Nəşr üçün
məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul olunur. Azərbaycan
dilində olan məqalələrin başlıqları, annotasiyası, açar sözləri, müəlliflərin ad
və soyadları, təşkilatın tam adı rus və ingilis dillərinə tərcümə edilməlidir.
Məqaləyə
baxılma proseduru
Alınan məqalə rəyə
göndərilir. Məqalənin çap edilməsi və ya ondan imtina edilməsinə dair qərar
redaksiya heyəti tərəfindən verilir. Redaksiya heyəti jurnalın qaydalarına uyğun tərtib edilməyən məqalələrdən
imtina etmək və onlara baxmamaq hüququna malikdir.
Müəllif
baxılmış məqaləyə düzəliş etməli və 10 gün müddətində izahat məktubu ilə
birlikdə redaksiyaya qaytarmalıdır. Redaksiya tərəfindən məqalənin alınma
tarixi məqalənin çap edilmiş versiyasında göstəriləcəkdir.
Materialın layihəsinə
dair ümumi tələblər
«Azerbaijan Journal of Botany» jurnalına çap üçün təqdim olunan məqalələrə qoyulan
ümumi tələblər aşağıda qeyd olunanları ehtiva edir: məqalə orijinal olmalı, aydın
və məntiqi ardıcıllıqla yazılmalı, dəqiq redaktə olunmalı və yeni məlumatları
əks etməlidir. Eksperimental tədqiqat məqalələrinə üstünlük verilir. Müəllifin
şəxsi mövqeyini ifadə etdiyi analitik xülasə tipli məqalələr və qısa hesabatlar
da qəbul olunur.
Materialın
tərtibatına dair texniki tələblər
Məqalələr Microsoft Word redaktorundan istifadə
ilə hazırlanmalıdır. Əlyazma Times New Roman, 11 ölçülü şrift ilə yığılmalı,
səhifənin hər bir kənarından 2 sm saxlanmalıdır. Bütün səhifələr
nömrələnməlidir.
Eksperimental məqalənin
həcmi səkkiz A4 vərəqindən, qısa məlumat üç vərəqdən, xülasə isə on vərəqdən
çox olmamalıdır.
Məqalə aşağıdakı kimi formatlanmalıdır:
1.
Məqalənin başlığı sətri hərf ilə yağlı
şriftlə yığılmalıdır;
2.
Müəlliflərin adı və soyadı;
3.
Müəllif(lər)in təşkilatının tam adı;
4.
İnstitutun tam poçt ünvanı, məsul
müəllifin elektron poçtu;
5.
Abstraktda
(150-200 söz) məqsəd, metod, əsas nəticələr və praktiki əhəmiyyət
göstərilməlidir. Redaksiyaya azərbaycan dilində təqdim olunan məqalə əlavə
olaraq rus və ingilis dillərində xülasə ilə müşayiət olunur, və əksinə.
6.
Açar
sözlər
və ya ifadələr 5-dən çox olmamalıdır. Akronimlərdən istifadə edilməməlidir.
7.
Giriş tədqiqatın müasir vəziyyətini, problem və məqsədlərini özündə əks etdirməlidir, istinadlarda son illərin ədəbiyyatlarına üstünlük verilməlidir;
8.
Material və metodlar. Metodlar qısa və aydın şəkildə təsvir edilməli və ya uyğun çap işinə istinad edilməlidir. İstifadə olunan reaktivlər və avadanlıqlar üçün istehsalçı və ölkələrin adı göstərilməlidir.
9.
Tədqiqatın nəticələri. Nəticələr aydın şəkildə təsvir edilməlidir. Cədvəldə göstərilən məlumat şəkildə (və əksinə) təkrarlanmamalıdır. Müəllif(lər)in əvvəllər nəşr olunan məqalələrinə həddən artıq istinad və onların hərtərəfli müzakirəsinə yol verilməməlidir.
10. Nəticələrin müzakirəsi. Gələcək tədqiqatlar üçün əsas məqamlar, nəticələr və perspektivlər ümumiləşdirilməlidir. Giriş
və Nəticələr bölmələrindən fikirlər təkrarlanmamalıdır;
11. Minnətdarlıq. Tədqiqat işinə göstərilən dəstəyə görə minnətdarlıq, onları
maliyyələşdirən fondların adları (qrant №) məqalənin sonunda yerləşdirilir.
12.
İstinadlar. İstinadların siyahısı əlifba sırası ilə olmalıdır. Jurnallar üçün
müəlliflərin soyadı və inisialları, nəşr ili, nəşr adı, jurnalın adı, nəşr sayı
və səhifələr göstərilməlidir. Kitablar və konfrans əsərləri üçün müəlliflərin
soyadı və inisialları, nəşr ili, nəşr adı, şəhər, nəşriyyat və səhifələr
göstərilməlidir. İngilis dilində çap olunmayan istinadlar ingilis dilinə tərcümə
olunaraq və mötərizədə əsərin orijinal forması göstərilməklə təqdim edilir.
Mətndə
biblioqrafik istinadlar aşağıdakı kimi göstərilməlidir:
bir müəllif – [Plaza, 2010],
iki müəllif – [Plaza and Sánchez-Moreno, 2011],
ikidən çox müəllif – [Plaza et al., 2015].
Elfalleh W., Hannachi H., Tlili N., Yahia Y., Nasri
N., Ferchichi A. (2012) Total phenolic contents and antioxidant activities of
pomegranate peel, seed, leaf, and flower. Journal of Medicinal Plants Research. 6(20):4724- 4730.
Novruzov E.N. (2010) Pigments of the reproductive
organs of plants and their significance. Baku: Elm, 309 s.
[Новрузов Э.Н. (2010) Пигменты репродуктивных органов растений и их значение.
Баку: Элм, 309 с.].
Siyahıda eyni ildə nəşr
olunan eyni müəllifin
bir neçə məqaləsi göstərilərsə, onlar
aşağıdakı şəkildə
verilir: Prasad
et al., 2019 a, b,
c.
Prasad K.N., Yang B., Ruenroengklin N., Jiang Y. (2009a) Application of
ultrasonication or high-pressure extraction of flavonoids from litchi fruit
pericarp. J. Food Proc. 32: 828–843.
Prasad K.N., Yang E., Yi C., Zhao M., Jiang Y. (2009b)
Effects of high pressure extraction on the extraction yield, total phenolic
content and antioxidant activity of longan fruit pericarp. Innov. Food Sci. Emerg. Technol. 10: 155–159
13. Cədvəl və
şəkillər. Cədvəl və şəkillər say
ardıcıllığı və məzmunlarını göstərən başlıqlara malik olmalıdırlar. Cədvəllər Microsoft Word redaktorundan istifadə
ilə tərtib edilir. Şəkillərin görüntü imkanı (rezolusiyası) 600 dpi-dən az
olmamalıdır.
14. Riyazi və
kimyəvi formullar. Riyazi formulaların yaradılması üçün Microsoft Equation redaktoru, kimyəvi
formul, kimyəvi reaksiyaları sxemi və s. üçün - ChemWindow, ChemDraw proqramından istifadə edin.
15. Akronimlər və
abbreviaturalar. Ümümi qəbul
edilmiş akronimlər (IUCN, ICN, sm, m, kq,
q, α, μ və s.) istisna edilməklə digər məqalədə istifadə edilən akronimlərin
ilk qeyd edildiyi yerdə açıqlaması verilməlidir.
Nəşr bəyannaməsi - Agreement_Declaration_AZ_yeni (1) (1).pdf
Jurnalın
redaksiya heyətinin etikası. Redaksiya heyəti məqalələrin resenziyası və nəşri mərhələsində
müəlliflərin şəxsi məlumatlarının və elmi tədqiqat nəticlərinin məxfiliyini
təmin etməlidir.
Tədqiqat
etikası. Jurnala nəşr üçün təqdim
edilmiş əlyazma plagiatlığa görə “Antiplagiat” sistemində yoxlanmalıdır.
Orijinallıq göstəricisi ən azı 90% olmalı, özünəistinad göstəricisi isə 10%-dan
çox olmamalıdır.
Çap üçün
ödəniş.
Azərəbaycan Botanika
Cəmiyyəti ictimai Birliyinin üzvləri üçün məqalənin bir səhifəsinin qiyməti
10AZN, qeyri-üzvlər üçün isə 15AZN müəyyən edilmişdir.
XAHİŞ EDİRİK, MÜƏLLIFLƏR TƏRTİB OLUNMUŞ QAYDALARA CİDDİ RİAYƏT ETSİNLƏR.
QAYDALARDAN YAYINMA NƏŞR PROSESİNİ UZADIR.